Finlandiyanın Daxili İşlər Nazirliyi Rusiya ilə quru sərhədində avtomobil keçid məntəqələrinin bağlanmasını fevralın 11-dək uzadıb.
TASS xəbər verir ki, bu barədə departamentin press-relizində deyilir.
“Şərq sərhədinin bağlanması fevralın 11-dək davam edəcək”, – mesajda deyilir.
Yanvarın 10-da Finlandiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Sari Essaya Finlandiya-Rusiya sərhədinin daha bir ay bağlı qalacağını açıqlayıb.
Yanvarın 9-da Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen bəyan edib ki, Helsinki yanvarın 14-dən Rusiya ilə sərhəddə keçid məntəqələrini açmayacaq.
İki ölkə arasında sərhəd dekabrın 15-dən bağlıdır. Finlandiyanın baş naziri Petteri Orpo Yle-yə müsahibəsində qeyd edib ki, sərhəddəki vəziyyət əlavə tədbirlər tələb edir, çünki Rusiyanın hərəkətləri “əsaslı şəkildə dəyişməyib”.
Mənbə: TASS