Finlandiya hökuməti Rusiya ilə sərhəddə beynəlxalq mühafizə üçün müraciətləri bağlamaq istəyir.
Bu barədə Finlandiyanın Helsingin Sanomat nəşri məlumat yayıb.
“Başqa variantımız yoxdur. Sərhəddə heç bir hiylə kömək etməyəcək”, – deyə maliyyə naziri Riikka Purra bildirib.
Bundan əvvəl Finlandiya hökumətinin başçısı Petre Orpo Suomi radiosuna müsahibəsində bildirmişdi ki, üçüncü ölkələrdən insanların nəzarətsiz gəlməsi davam edərsə, Finlandiya Rusiya ilə sərhəddəki sonuncu keçid məntəqəsini bağlamağa hazırdır.
Baş nazirin sözlərinə görə, ölkə sığınacaq üçün müraciətlərin qəbulunu şərq sərhədindən başqa bir yerə cəmləməyi planlaşdırır. O əlavə edib ki, maraqlananlar Helsinki-Vantaa hava limanında və ya dəniz limanlarında sığınacaq üçün müraciət edə bilərlər.
Mənbə: A Haber