image-2000x150px
image-123
image-ads_atlas
image-2024-02-11t182512z_1257471268_rc2i06aqlmxy_rtrmadp_3_finland-election-president-pic_32ratio_900x600-900x600-73726backend

Finlandiyada keçirilən seçkilərdə qalib gələn Stubb ölkənin NATO-dakı perspektivlərindən danışıb

image-728x90px

Finlandiyada keçirilən prezident seçkilərində qalib gələn Aleksandr Stubb ölkəsini NATO üçün “təhlükəsizlik aktivi” adlandıraraq, Helsinkini Şimali Atlantika Alyansının mərkəzində görmək istədiyini qeyd edib.

“Mən Finlandiyanı NATO-nun mərkəzində görmək istəyirəm… Biz istehlakçı deyil, təhlükəsizlik təminatçısıyıq. NATO-ya üzvlüklə bağlı heç bir məhdudiyyətimiz yoxdur. Biz Avropanın ən güclü müdafiə sistemlərindən birinə sahibik və biz NATO-nun təhlükəsizlik aktiviyik”.

Bundan əvvəl Finlandiyanın 55 yaşlı keçmiş baş naziri, Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb prezident seçkilərinin ikinci turunda rəqibini bir neçə faiz üstələyərək qalib gəlib. Stubb NATO ilə münasibətlərin inkişafının tərəfdarıdır və Moskvaya soyuq münasibət bəsləyir.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki