image-2000x150px
image-123
image-ads_atlas
image-17049808821100435045_1200x630backend

Fotoqrafların qış turu” layihəsi Abşeron Milli Parkından start götürüb – FOTO

image-728x90px

11 yanvar Dünya Milli Parklar və Qoruqlar günü ilə əlaqədar “Fotoqrafların qış turu” layihəsinin ilk çəkilişləri Abşeron Milli Parkından başlayıb.

Layihə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Doğru.az”-a verilən məlumata görə, fotoqraflar gün ərzində parkın ərazisində məskunlaşmış köçəri quşları, təbiət mənzərələrini, Şahdili burnunun ecazkar görüntülərini əks etdirən foto və videolar çəkməyə müvəffəq olublar.

Layihə çərçivəsində, peşəkar və həvəskar fotoqrafları öz sıralarında birləşdirən Azərbaycan Fotoqraflar Birliyinin üzvləri ölkəmizin füsunkar təbiətinin qış mənzərələrini lentə alacaq, “Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmizin qorunan təbiət potensialını foto və videogörüntülərlə nümayiş etdirəcəklər.

Fotoqrafların səfərləri fevral ayının sonunadək digər milli parklar və qoruqlarda davam edəcək.

Qeyd edək ki, Azərbaycanda 10 milli park və 10 təbiət qoruğu mövcuddur. Həmin ərazilər meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edir.

Milli parklar və qoruqlar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ölkəmizdə ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.

DOĞRU.AZ

image-17049808821329811453_1200x630 image-1704980882604654729_1200x630 image-1704980882314314110_1200x630 image-170498088281420879_1200x630 image-170498088292271201_1200x630 image-1704980882324037290_1200x630 image-1704980882114393270_1200x630 image-17049808822919335_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki