image-ads_n1karobka_mobile
image-makronbackend

Fransa bölgədə eskalasiyanın qarşısını almaq üçün Husilərin mövqelərinə hücum etməyəcək

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi regionda münaqişənin böyüməsinin qarşısını almaq üçün husilərin mövqelərinə qabaqlayıcı zərbələr endirməyəcək.

X sosial şəbəkəsində Yelisey sarayının rəsmi hesabında yayımlanan mətbuat konfransında Makron qeyd edib ki, Fransa artıq oxşar zərbələr endirən koalisiyaya qoşulmayacaq.

Eyni zamanda Fransa rəhbəri vurğulayıb ki, Fransa Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qırmızı dənizdə təhlükəsizliyi təmin etməyə davam edəcək.

“Bizim missiyamız dəniz naviqasiyası azadlığını qorumaqdır. Bu, hərbi deyil, diplomatik məsələdir”, – Makron vurğulayıb.

Mənbə: A Haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki