image-n1karobka_ads
image-123
image-20140604_zaf_p34_015-pic_32ratio_900x600-900x600-82292backend

Fransa Qərbin Ukraynaya yardımını səmərəsiz hesab edir

image-ad_qayo_720x110px

Fransanın keçmiş baş naziri Dominik de Vilpen Qərbin bu dəstəyin nə məqsədlərini, nə də vaxtını dərk etmədən Ukraynanı dəstəkləməyə başladığı fikrini ifadə edib.

O, bu barədə France Inter radiostansiyasının efirində bildirib.

“Biz hər şeyi yaxşı etdiyimizi düşünürük. Ki, biz bütün vasitələrdən istifadə etmişik, Avropa ilə Qərbin birliyini qorumuşuq, Ukraynanı dəstəkləmişik. Amma həqiqətlə üzləşsək, məlum olur ki, biz məqsədlərimizi müəyyən etməmişik”, – de Villepin bildirib.

Keçmiş baş nazirin sözlərinə görə, Kiyevin müttəfiqləri ona “hər hansı problemi vaxtında həll etmək üçün” vasitə ilə təmin etməyiblər, buna görə də Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuz olub.

“Bundan əlavə, biz hələ öz hərəkətlərimizin qrafikini müəyyən etməmişik” deyə siyasətçi xatırladıb.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki