image-2000x150px
image-123
image-ads_atlas
image-16997072842197610047_1200x630backend

Füzuli rayonu 27 nömrəli tam orta məktəbdə üç sinfə şəhidlərin adları verilib

image-728x90px

Füzuli rayonu İkinci Zobucuq qəsəbəsində yerləşən 27 nömrəli tam orta məktəbdə üç sinfə şəhid Elşad Malik oğlu Cəfərovun, Vüsal Qüdrət oğlu Məmmədovun və Əli İsa oğlu Cəfərlinin adları verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, Füzuli Rayon Təhsil Sektorunun rəsmiləri, şəhid ailələri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şagirdlərin böyük ruh yüksəkliyi ilə hazırladıqları rəngarəng çıxışlar izlənilib.

 

Sonra çıxış edən tədbir iştirakçıları və şəhid ailələrinin üzvləri İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizin memarı Ali Baş Komandan İlham Əliyevin, yenilməz Ordumuzun və “dəmir yumruq” kimi birləşən xalqımızın qəhrəmanlığından danışıblar.

Tədbir “Yaşasın azad Azərbaycan!” və “Qarabağ Azərbaycandır!” şüarları ilə başa çatıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki