image-2000x150px
image-123
image-ads_atlas
image-2023-11-08t044240z_1981296073_rc2r84atwfy8_rtrmadp_3_g7-japan-fm-pic_32ratio_900x600-900x600-67607backend

G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərləri onlayn danışıqlar aparacaqlar

image-728x90px

Yeddilik (G7) ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərləri onlayn danışıqlar aparacaqlar.

Bu barədə Reuters agentliyi iclasa sədrlik edən Yaponiya naziri Şuniçi Suzukiyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ölkələr bir sıra məsələləri, o cümlədən Ukraynaya dəstək məsələsini müzakirə edəcəklər. Lakin mənbələr təfərrüatları açıqlamayıb.

G7 ölkələri Ukraynaya maliyyə dəstəyi üçün təxminən 300 milyard dollar dəyərində dondurulmuş Rusiya ehtiyatlarının bir hissəsini müsadirə etmək imkanlarını fəal şəkildə araşdırır, Financial Times mənbələrə istinadən yazır.

ABŞ G7 komitələrinə belə bir addımın Rusiyanın təcavüzünü dayandırmaq üçün cavab olaraq “beynəlxalq hüquqa uyğun” olacağını təklif edib. Vaşinqton hesab edir ki, Rusiya aktivləri ilə bağlı qərar qəbul etmək üçün “qısa müddət” var. Eyni zamanda, əksər Avropa ölkələri hələ də investorların mənfi reaksiyasından ehtiyat edərək, vəsaitlərin birbaşa müsadirə edilməsinin əleyhinədirlər.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki