image-2000x150px
image-123
image-ads_atlas
image-9ilepxpynhmlxmtf1pbxyzxqoefsg7cuaiaiolnybackend

Gədəbəydə müasir seleksiya yolu ilə yaradılan yeni kartof sortlarının nümayiş əkinləri həyata keçirilib

image-728x90px
Doğru.az xəbər verir ki, tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun alimləri tərəfindən müasir seleksiya yolu ilə yeni yaradılan Uğur, Çənlibel, Vaqif və Turan kartof sortlarının Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində nümayiş əkinləri aparılıb. Nümayiş əkinində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun mütəxəssisləri, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi, yerli icra hakimiyyətinin nümayəndələri və fermerlər iştirak edib.

Nümayiş əkini prosesində yeni sortların təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Yeni kartof sortlarının yerli şəraitə uyğunluğu, keyfiyyəti, məhsuldarlğı və nəzərdə tutulan tədbirlər barədə ətraflı müzakirələr aparılıb.

Bildirilib ki, bu dörd yeni sort həm dəmyə, həm də suvarılma şəraiti olan bölgələr üçün əlverişlidir. Eyni zamanda, əkin dövriyyəsində olan mövcud sortlardan məhsuldarlığı 30-40% daha çoxdur.

Gələcəkdə bu sortların rayonlaşdırılaraq toxumçuluğunun təşkil olunması nəzərdə tutulur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki