Model Georgina Rodriguez İnstaqramda sevgilisi, futbolçu Kriştiano Ronaldonun şəxsi təyyarəsində çəkilmiş fotolarını paylaşıb.
Şəkillərdə 29 yaşlı Georgina Rodriguez təyyarə oturacağında ağ tennis mini paltarı və ağ idman ayaqqabısı geyinərək poza verib. Ronaldonun gəlininin görünüşünü qızıl saat, konqo sırğaları və nəhəng qolbaq tamamlayırdı. Arxa planda modelin çantası – təxminən 80 min dollara başa gələn sürünən dərisindən hazırlanmış məhdud sayda Hermes Birkin dayanmışdı.
Georgina Rodriguez 2016-cı ildən Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun və Portuqaliya millisinin 38 yaşlı kapitanı Kriştiano Ronaldo ilə münasibətdədir. Cütlüyün birlikdə iki övladı var: 5 yaşlı Alana və bir yaşlı Bella. İdmançının daha üç övladı da var: 13 yaşlı Kriştiano kiçik, 6 yaşlı əkizlər Eva və Mateo.
2022-ci ilin noyabrında futbolçu modellə toy haqqında sualı cavablandırıb.
Mənbə: Haberler.com