image-n1karobka_ads
image-123
image-69119b47ae5ac9424626245ebackend

Günəşdə partlamalar aktivləşib – Yerə təsiri gözlənilir

image-ad_qayo_720x110px

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası son 24 saat ərzində ondan çox günəş partlamasının baş verdiyini açıqlayıb. Laboratoriyanın Telegram kanalında bildirilib ki, bu müddət ərzində yüksək xallı X kateqoriyalı partlama da qeydə alınıb.

Doğru.az xəbər verir ki, alimlər partlamaların Yerə təsirinin orta səviyyədə olacağını, pik nöqtənin noyabrın 11-12-də olacağını bildirirlər. Hazırda geomaqnit vəziyyətinin sakit olduğu vurğulanıb.

Eyni zamanda, laboratoriya gələcəkdə “Yer kürəsi üçün yüksək riskli” yeni güclü partlamaların baş verə bilməsi ehtimalının qorunduğunu qeyd edib. Bundan əvvəl institut bu həftə Yer kürəsini iki günəş plazma buludunun əhatə edəcəyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki