image-2000x150px
image-123
image-ads_atlas
image-103-pic_32ratio_900x600-900x600-99428backend

HƏMAS İsraillə girov danışıqlarını dayandırıb

image-728x90px

Radikal Fələstinin HƏMAS hərəkatı oktyabrın 7-də qruplaşmanın rəhbərliyinin üzvü Saleh əl-Arurinin Livan paytaxtının ətrafında məhv edilməsindən sonra yaraqlılar tərəfindən əsir götürülən israillilərin azad edilməsi ilə bağlı İsraillə danışıqların dayandırıldığını elan edib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin hərəkətini “terror aktı” kimi qiymətləndirərək, bunu Livanın suverenliyinin pozulması və İsrail dövlətinin Fələstin xalqına qarşı düşmənçiliyinin artması adlandırıb.

Yanvarın 2-də İsrailin pilotsuz təyyarəsi Beyrutun cənubundakı Dahiya məhəlləsində HƏMAS-ın qərargahına raket hücumu edib və bununla da Saleh əl-Aruri və Fələstin hərəkatının silahlı qanadının komandirləri məhv edilib.

Mənbə: Haber Golbal

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki