image-n1karobka_ads
image-123
image-273163_uj34gvxf8jbackend

Həmin toy baş tutdu – Fotolar

image-ad_qayo_720x110px

Zəngilanın Ağalı kəndində 30 ildən sonra ilk dəfə toy mərasimi təşkil olunub.

Doğru.az xəbər verir ki, bəyin atası Baloğlan İsmayılov bu xoş gündə təəssüratlarını AZƏRTAC-la bölüşüb:

“Bu günləri çoxdan arzulayırdıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Müzəffər Ali Baş Komandanımız, qəhrəman ordumuz sayəsində bu günləri yaşayırıq. Çox həsrətini çox çəkmişdik. Bu, bizim arzularımız idi, onlar çin oldu.

Şükürlər olsun ki, öz kəndimizdə toy edirik. Qarabağ torpağına toy yaraşır, “Cəngi” yaraşır. Bəyimiz də, mən də döyüşçü olmuşuq. İkimizin də arzusu olub ki, bu torpaqlarda yaşayaq. İndi o arzumuz gerçəkləşib”.

Qeyd edək ki, yenidən qurulan Ağalıda 871 sakin yaşayır.

DOĞRU.AZ

image-showpic_el100-2 image-showpic_el100-3 image-showpic_el100 image-showpic_el100-1 image-showpic_el100-4

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki