image-n1karobka_ads
image-123
image-690849b702e8bd735866373bbackend

Hindistanda böyük avtobus qəzası nəticəsində 20-dən çox adam ölüb

image-ad_qayo_720x110px

Hindistanın Telanqana ştatında avtobus və yük maşınının toqquşması nəticəsində 20-dən çox insan həyatını itirib.

Doğru.az xəbər verir ki, Hindustan Times qəzetinin məlumatına görə, faciə Heydərabad şəhərinə gedən magistralda baş verib. 70 sərnişin daşıyan avtobus yük maşını ilə toqquşub.

Polisin açıqlamasına görə, toqquşmanın gücü o qədər böyük olub ki, yük maşınında daşınan çınqıl avtobusun üzərinə düşərək bir neçə sərnişini əzib.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Tula şəhərində Proletar körpüsündə baş verən qəzada 4 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdı. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açdığını açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki