Hollandiya baş naziri Dik Şof Ukraynanın Macarıstanın vetosundan yan keçərək Avropa İttifaqına qoşulması ideyasına qarşı çıxıb.
Doğru.az xəbər verir ki, o, Moldova və Ukraynanın gələcəyinin Aİ-də olduğunu bildirib, lakin qaydaların dəyişdirilməsinin bu məqsədə çatmaq üçün düzgün yol olmadığını vurğulayıb.
Şof Aİ-yə üzvlüyün uzun və ciddi islahatlar prosesini tələb etdiyini, yekdil qərarlardan yayınmadan həll yolu tapmağın vacib olduğunu əlavə edib. Bundan əvvəl Avropa Şurasının sədri Antonio Kosta Ukraynanın Aİ-yə daxil olması üçün zəminin hazırlandığını açıqlamışdı.
İspaniyalı jurnalist Xavyer Villamor isə Ukraynanın vetodan yan keçərək Aİ-yə qoşulmasının Avropanı təhdid edə biləcəyini qeyd edib.
DOĞRU.AZ