Avropa İttifaqının yeni anti-Rusiya sanksiyalar paketinə 193 hüquqi və fiziki şəxs daxildir.
Bu barədə Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib.
“Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə təzyiqi artırmağa davam edir. “Mən 193 fiziki və hüquqi şəxsə qarşı bu geniş yeni sanksiyaları alqışlayıram”, – nazir yazıb.
Fevralın 21-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell Rusiya Federasiyasına qarşı 13-cü sanksiyalar paketinin müdafiə sənayesi müəssisələrinə təsir edəcəyini açıqlayıb.
Mənbə: Gazeta.ru