image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2022-02-02t104434z_873825377_rc2mbs93xzc6_rtrmadp_3_ukraine-crisis-netherlands-pic_32ratio_900x600-900x600-34732backend

Hollandiyanın baş naziri: Macarıstanın vetosuna baxmayaraq, Avropa İttifaqı Ukraynaya kömək edəcək

image-728x90px

Avropa İttifaqı ölkələrinin rəhbərliyinin 2024-cü ilin əvvəlində Ukraynaya yardım üçün 50 milyard avro ayrılması məsələsini həll etmək şansı yüksəkdir.

RBC xəbər verir ki, bu barədə jurnalistlərə Hollandiyanın baş naziri Mark Rutte bildirib.

“Biz intensiv müzakirələr apardıq və belə qənaətə gəldik ki, bu məsələyə sonradan baxsaq, daha yaxşı olar. Əminəm ki, gələn il uğur qazanacağıq”.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel səsvermənin Macarıstanın baş naziri Viktor Orban tərəfindən əngəllənməsindən sonra gələn ilin yanvarında Aİ-nin Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiqləyəcəyini bildirmişdi.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynaya büdcə yardımı üçün milyardlarla avroya veto qoyduğunu açıqlamışdı.

Mənbə: CNN

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki