Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında futbol yarışları davam edir.
Doğru.az xəbər verir ki, Qəbələ Şəhər Stadionunda keçirilən B qrupunun ikinci oyununda Belarus və Özbəkistan milliləri üz-üzə gəlib. Qarşılaşma Belarus yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyunu isə A qrupunda Qırğızıstan və Tacikistan milli komandaları arasında keçirilir.
DOĞRU.AZ