image-2000x150px
image-123
image-ads_atlas
image-mycollages_-_2022-02-10t124823-332backend

İnam Kərimov Moldova nümayəndə heyətini qəbul etdi

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Niku Popeskunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Doğru.Az-a verilən məlumata görə, kənd təsərrüfatı naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri İnam Kərimov iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib.

Qeyd edib ki, Moldova Azərbaycanla tərəfdaş və dost ölkədir. Ölkəmiz iki dövlət arasında bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir. Nazir İnam Kərimov Azərbaycanda etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladaraq, moldovalı sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb.

Niku Popesku Moldovanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. İclasda iki ölkənin enerji məsələləri, mədəniyyət, təhsil və turizm sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.

Tərəflər Azərbaycan və Moldovanın kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar.

Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üçüncü iclasının 2012-ci ildə Kişinyovda keçirildiyi bildirilib, növbəti iclasın bu il Bakıda keçirilməsi barədə ilkin razılıq əldə olunub. İclas çərçivəsində Azərbaycan və Moldova iş adamlarının iştirakı ilə Biznes Forumun keçirilməsi təklifi də məqbul sayılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki