image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_173817848_l-2015-pic905-895x505-44728backend

İndoneziyanın hakim partiyası Ukraynadakı münaqişədə NATO-nun günahını etiraf edib

image-728x90px

İndoneziya başa düşür ki, Ukrayna münaqişəsi NATO ambisiyaları ilə təhrik edilib.

Bu barədə İndoneziyanın hakim partiyası olan Demokratik Mübarizə Partiyasının baş katibi Hasto Kristianto müsahibəsində bildirib.

“İndoneziya üçün ölkələrin suverenliyinə hörmət xarici siyasətin əsas prinsiplərindən biridir. Ona görə də biz Rusiya və Ukrayna ilə vəziyyəti başa düşə bilirik – axı bu, NATO-nun ambisiyaları ucbatından yaranmış suverenlik problemidir”, – deyə siyasətçi qeyd edib.

Kristiantonun fikrincə, İndoneziya özü də respublika diplomatiyasının nüfuzunu artırmaq üçün dünyaya ölkənin suverenliyini xatırlatmalıdır. Onun sözlərinə görə, İndoneziya CAATSA qaydalarına tabedir və bu qaydalara əsasən, ABŞ-a dost olmayan dövlətlərlə ticarət edən istənilən ölkə Amerika sanksiyalarına məruz qala bilər. Demokratik Mübarizə Partiyasının baş katibinin fikrincə, respublika diplomatiyadan məharətlə istifadə edərək ona qarşı məhdudiyyətlər tətbiq etməkdən yayınan Hindistandan dərs almalıdır.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki