image-n1karobka_ads
image-123
image-690682fd02e8bd15db37bdddbackend

İranın Şirazdakı zavodunda partlayış baş verib

image-ad_qayo_720x110px

İranın Şiraz şəhərində mayeləşdirilmiş təbii qaz (LNG) doldurma zavodunda partlayış baş verib.

Doğru.az xəbər verir ki, SNN məlumatına görə, qaz balonunun partlaması nəticəsində yanğın yaranıb.

Xilasedicilər alovun sexə və qonşu tikililərə keçməsinin qarşısını alıblar. Hadisə zamanı 9 nəfər xəsarət alıb: 7 nəfərə yerində ambulator yardım göstərilib, 2 nəfər isə xəstəxanaya çatdırılıb.

Hələlik partlayışın baş verdiyi zavodun dəqiq adı açıqlanmır. Xatırladaq ki, bir gün əvvəl ABŞ-ın Nyu-Meksiko ştatında neft emalı zavodunda baş verən partlayış nəticəsində 3 nəfər yaralanmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki