image-n1karobka_ads
image-123
image-ap_77948540371-pic905-895x505-62709backend

İranlı kinorejissorlar rəsmi Oskar iddiasına etiraz ediblər

Dissident iranlı kinorejissorlar Tehranın 2024-cü il Oskar mükafatı üçün rəsmi müraciətinə qarşı çıxıb və İranı təmsil edəcək alternativ filmin nəzərdən keçirilməsinə çağırıblar.

Bu barədə “Arab News” yazır.

Qeyd olunur ki, İran hökumətinin nəzarətində olan Farabi Kino Fondu 96-cı Akademiya Mükafatları üçün İranın adı Rza Mirkəriminin “Gecə gözətçisi” filmini seçib.

İran Müstəqil Kinorejissorlar Assosiasiyası Farabinin İslam Respublikası hökuməti ilə sıx əlaqə saxladığını əsas gətirərək qərara qarşı çıxıb.

Dərnəyin məlumatına görə, Farabi Fondu bu il beynəlxalq tənqidi rəğbət qazanmış bir neçə İran filmini də İranın Oskarına namizədlər siyahısından kənarlaşdırıb.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki