image-n1karobka_ads
image-123
image-2in1-2021ne1_-pic_32ratio_900x600-900x600-20360backend

İrina Şeyk keçmiş sevgilisi Bredli Kuperlə tətildən sonra işə qayıdıb

Rusiyalı supermodel İrina Şeyk Nyu-Yorkda keçirilən Moda Həftəsi çərçivəsində keçirilən “Lacoste” brendinin idman kolleksiyasının təqdimatına qatılıb.

Model məclisdən fotoları şəxsi bloqunda paylaşıb.

37 yaşlı İrina Şeyk görünüşü üçün dar köynək və aşağı belli mini ətəkdən ibarət ağ kostyum seçib. Podyum ulduzu çiyinlərinə Lacoste loqosu olan yüngül pencək atıb və görünüşünü ağ diz corabları və dikdaban pompaları ilə tamamlayıb.

“Həmişəki kimi parlaq”, “Ən gözəl model”, “Əsl rus gözəli”, “Yaxşı, nəhayət! Corablar və ayaqqabılar! Neçə vaxtdır bunu gözləyirəm”, “Ağ sənə çox yaraşır”, Şeykin pərəstişkarları paylaşıma şərhlərdə yazıblar.

Bu çıxış modelin keçmiş sevgilisi aktyor Bredli Kuperlə birlikdə istirahət etdiyi İrina Şeykin İtaliyadan ABŞ-a qayıtmasından sonra ilk çıxış olub. Jurnalistlər cütlüyün ictimaiyyət qarşısında qucaqlaşdığı anı yaxalaya biliblər və bu səbəbdən də model və aktyorun yenidən bir araya gəlməsi ilə bağlı mətbuatda söz-söhbətlər yayılmağa başlayıb.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki