image-n1karobka_ads
image-123
image-5_bredly-pic_32ratio_900x600-900x600-76092backend

İrina Şeyk və Bredli Kuper qucaqlaşan fotolardan sonra yenidən görüşmə şayiələrini alovlandırıb

Supermodel İrina Şeyk keçmiş əri, aktyor Bredli Kuper və qızı ilə İtaliyada istirahət edərkən fotokameralara tuş gəlib.

Bu barədə “Page Six” məlumat yayıb və paparassilərin yeni fotolarını dərc edib.

Şəkillərdə ailə yaxtada vaxt keçirib. Jurnalistlər cütlüyün ictimaiyyət qarşısında qucaqlaşdığı anı çəkə bilib. Fotolar model və aktyorun yenidən bir araya gəlməsi ilə bağlı yeni söz-söhbət dalğasına səbəb olub. Ancaq cütlük məlumatı heç bir şəkildə təsdiqləməyib və birgə səfərlə bağlı şərh verməyib.

İrina Şeyk və Bredli Kuper 2015-ci ilin yazında görüşməyə başlayıblar və 2017-ci ilin martında onların bir qızı var. Cütlük 4 illik evlilikdən sonra 2019-cu ildə ayrılıb. 2022-ci ilin yayında keçmiş sevgililər birlikdə Baham adalarına tətilə gedərək yenidən birləşmə şayiələrinə səbəb oldular. Sonradan supermodel aktyorla gəzintilərdə və ictimai tədbirlərdə dəfələrlə diqqət çəkib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki