İrlandiyanın Falkarra şəhərində yerli sakin ukraynalı qaçqınları “çıxın” deyə qışqıraraq qorxudub.
Bu barədə Highland Radio məlumat yayıb.
Bildirilir ki, balaclavalı bir şəxs qaçqınların yaşadığı binanın yaxınlığında dayanıb, irlandiyalı üsyançı musiqi çalıb və qışqırıb: “Çıx, çölə, çölə”.
Kənd sakini bildirib ki, ukraynalılar bu adamın hərəkətindən qorxublar. KİV-in məlumatına görə, polis vəziyyətlə maraqlanıb.
Bu həftə bildirildi ki, Hollandiya hakimiyyəti Purmerend bələdiyyəsində 500-dən 1,5 minə qədər ukraynalı qaçqının yerləşdirilməsi layihəsini dəstəkləmədiyini bildirib.
Mənbə: Gazeta.ru