İrlandiyanın baş naziri Leo Varadkar, prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə söhbətində Ukraynadan 100 minə yaxın qaçqının gəlməsi ilə bağlı ölkə tarixində ən böyük miqrasiya böhranından şikayətlənib.
Varadkarın sözlərinə görə, bununla bağlı o, onlardan birini evdə məskunlaşdırmalı olub. Söhbətin yazısı prankerlərin Telegram kanalında yayımlanıb.
“Hazırda İrlandiyada tariximizdə qarşılaşdığımız ən böyük qaçqın böhranı yaşayırıq. Hazırda İrlandiyada 100 min ukraynalı yaşayır”, – Varadkar bildirib.
O qeyd edib ki, qaçqınlardan birini 9 ay evində məskunlaşdırıb.
Mənbə: A Haber