image-ads_n1karobka_mobile
image-69c21a9cae5ac934f424d185backend

İsrail ABŞ-İran danışıqlarında birbaşa iştirak etmir

image-add-a-heading

Semafor nəşri yazır ki, İsrail hazırda ABŞ ilə İran arasında aparılan danışıqların birbaşa iştirakçısı deyil, lakin proses barədə məlumatlandırılır.

Doğru.az xəbər verir ki, nəşr bildirir: “Mümkün razılaşma halında İsrailin hansı mövqe tutacağı hələ də məlum deyil”.

ABŞ prezidenti Donald Tramp isə daha əvvəl Vaşinqton və Tehran arasında son iki gündə çox müsbət danışıqların aparıldığını açıqlamışdı. O qeyd edib ki, fikir ayrılıqlarının aradan qaldırılması üçün tərəflər arasında təmaslar həftə ərzində də davam edəcək.

Eyni zamanda, Fars xəbər agentliyi mənbəyə istinadən yazır ki, İran hakimiyyətinin Amerika administrasiyasının rəhbəri ilə heç bir əlaqəsi olmayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki