Qəzza zolağında atəşkəsin daha iki gün uzadılmasına dair razılaşmaya baxmayaraq, anklavda atışma və partlayış səsləri eşidilir.
Bu barədə ərəb telekanalı “Əl Ərəbiyyə” məlumat yayıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Qəzza şəhərinin qərbində atışma və partlayış səsləri eşidilib. Telekanal qeyd edir ki, təfərrüatlar verilmir.
Yerli mediaya istinadən “Al Arabiya” həmçinin İsrail qüvvələrinin Qəzza zolağının cənubunda Xan Yunis və Rəfahın şərqində atəş açdığını iddia edir.
Telekanalın müxbiri bildirib ki, bu, atəşkəsin pozulmasının ilk sübutudur. Onun sözlərinə görə, İsrail qüvvələri tüstüdən əlavə, Qəzza zolağının şimalındakı Çimərlik düşərgəsində və Şeyx Radvan bölgəsində atəş açıb.
Mənbə: A Haber