image-n1karobka_ads
image-123
image-2023-10-18t081415z_1308022427_rc2wu3a896yh_rtrmadp_3_israel-palestinians-biden-pic_32ratio_900x600-900x600-51847backend

İsrail Qəzza əməliyyatı ilə bağlı ABŞ-ın tövsiyələrini könülsüz qəbul edir

image-ad_qayo_720x110px

İsrail Qəzza zolağında hərbi əməliyyatlarla bağlı ABŞ-ın tövsiyələrini qəbul etmək istəmir; Vaşinqton İsraili daha çox kəşfiyyat əməliyyatları keçirməyə və daha az kütləvi hava hücumu keçirməyə çağırır.

Bu barədə Amerikanın “Wall Street Journal” qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“ABŞ rəsmiləri özəl olaraq etiraf edirlər ki, İsrail hökuməti çox vaxt Vaşinqtonun öz əməliyyatları ilə bağlı məsləhətlərini qəbul etmək istəmir”, – nəşr yazır.

Nəşrin adının çəkilməyən amerikalı rəsmilərinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar İsraili HƏMAS liderləri və yaraqlılarına qarşı daha çox kiçik birlikdən ibarət kəşfiyyat əməliyyatları keçirməyə və daha əvvəl “İsrail kampaniyasının əlamətdar xüsusiyyəti olan” daha az kütləvi hava hücumları keçirməyə çağırır.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki