image-2000x150px
image-123
image-ads_atlas
image-2023-05-16t161355z_1190326652_rc2rz0a8gpjr_rtrmadp_3_brazil-paraguay-pic_32ratio_1200x800-1200x800-54534backend

İsrail Qəzza ilə bağlı açıqlamalarından sonra Braziliya prezidentini persona non-qrata elan edib

image-728x90px

İsrailin xarici işlər naziri İsrael Katz Qəzza zolağında yəhudi dövlətinin hərəkətlərini Adolf Hitlerin cinayətləri ilə müqayisə etdikdən sonra Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı persona non qrata elan edib. Bu barədə Reuters yazır.

“Biz [Lula da Silvanın sözlərini] unutmayacağıq və bağışlamayacağıq. Bu, ciddi antisemit hücumdur. Mənim adımdan və İsrail vətəndaşları adından prezident Lulaya deyin ki, o, sözlərini geri götürənə qədər İsraildə persona non qratadır”, – agentlik İsrailin xarici işlər naziri İsrael Katsın Braziliya səfirinə ünvanladığı bəyanatdan sitat gətirir.

Bundan əvvəl Netanyahu Braziliya prezidentinin sözlərini “utanc verici və ciddi” adlandırmışdı. Baş nazirin sözlərinə görə, bu müqayisə “qırmızı xətti keçməkdir”. Bununla belə, o qeyd edib ki, yəhudi dövləti “beynəlxalq hüquqa riayət etməklə özünü müdafiə etmək və tam qələbəyə qədər gələcəyini təmin etmək üçün mübarizə aparır”.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki