image-nerjbanner
image-ads_atlas
image-israel-180109-israel-mn-copy-pic_32ratio_900x600-900x600-66277backend

İsrail Ukrayna ilə əlaqələrin gücləndirilməsinə ümid etdiyini bildirib

image-nerjbanner

İsrail Xarici İşlər Nazirliyinin yeni rəhbəri İsrael Katz Ukrayna ilə əlaqələrin gücləndirilməsinə ümid etdiyini bildirib.

O, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.

Eyni zamanda o, yeni vəzifəyə təyin olunması münasibətilə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebanın ona ünvanladığı təbrikdən sitat gətirib.

“Təşəkkür edirəm, nazir Dmitri Kuleba! Mən sizinlə işləməyi və ölkələrimiz arasında əlaqələri gücləndirməyi səbirsizliklə gözləyirəm”, – Katz yazıb.

Bundan əvvəl Washington Post (WP) qəzetinin köşə yazarı Maks Boot bəyan etmişdi ki, ABŞ hərbi-sənaye kompleksi Ukrayna və İsrail üçün sursat istehsal etmək gücünə malik deyil.

Mənbə: A Haber

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki