image-n1karobka_ads
image-123
image-69063c47ae5ac90b9846693cbackend

İsrailə təhvil verilən üç cəsəd girovlara aid deyil

image-ad_qayo_720x110px

Fələstinin HƏMAS hərəkatı tərəfindən İsrailə təhvil verilən üç cəsədin israilli girovlara aid olmadığı müəyyən edilib.

Doğru.az xəbər verir ki, bu barədə İsrailin dövlət telekanalı “Kan” mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Qırmızı Xaç ötən gecə üç cəsədin İsrailə təhvil verildiyini elan etsə də, onların girov olma ehtimalı aşağı səviyyədə qiymətləndirilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 25-də HƏMAS-a girovların cəsədlərinin qaytarılması üçün 48 saat vaxt vermişdi.

Bununla yanaşı, ABŞ vitse-prezidenti C.D. Vens Fələstin hərəkatının tərksilah edilməsini çətin proses adlandırıb.

Məlumat üçün qeyd edək ki, oktyabrın 28-də İsrailin atəşkəsi pozması səbəbindən HƏMAS girovun meyitinin təhvil verilməsini təxirə salmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki