image-n1karobka_ads
image-123
image-20170408_zaa_i33_036-pic905-895x505-18175backend

İsveç nüvə silahının qadağan edilməsinə qarşıdır

image-ad_qayo_720x110px

İsveç Müdafiə Nazirliyinin rəhbəri Yaşıllar Partiyasının ölkə ərazisində nüvə silahının yerləşdirilməsinin qadağan edilməsi ilə bağlı təklif etdiyi qanuna qarşı çıxıb.

Bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.

“Birləşmiş Ştatlardan, Böyük Britaniyadan və ya Fransadan İsveçdə nüvə silahı yerləşdirmək üçün heç bir müraciət olmayıb” deyən ölkənin müdafiə naziri Pol Conson qonşu Norveç və Danimarkanın da bununla bağlı qanuni qadağası olmadığını bildirib.

İsveç NATO-ya qoşulmazdan əvvəl yerli Yaşıllar Partiyası ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən qanunun qəbulu təşəbbüsü ilə çıxış edib. Yaşıllar Partiyasının müdafiə sözçüsü Emma Berginger bunun İsveçin münaqişə vəziyyətində nüvə zərbələri üçün hədəfə çevrilməməsini təmin etmək üçün lazım olduğunu deyib.

Əvvəllər İsveç rəhbərliyi dəfələrlə bildirib ki, NATO-ya daxil olduqdan sonra öz ərazisində nüvə silahı yerləşdirməyəcək, lakin bu mövqe qanunla təsbit edilməyib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki