image-n1karobka_ads
image-123
image-ap22213021787557-pic_32ratio_900x600-900x600-76317backend

Jurnalist Karlson Trampa qarşı ittihamları şərh edib

Amerikalı jurnalist Taker Karlson ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı irəli sürülən ittihamları şərh edib.

Bu barədə o, X (keçmiş Tvitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Hazırda Donald Trampa qarşı irəli sürülən ittihamlar istisnasız olaraq gülüncdür”, – Karlson bildirib.

Hazırda Tramp bir neçə iş üzrə, o cümlədən 2021-ci ilin yanvarında Kapitola hücumu, məxfi sənədlərin düzgün saxlanmaması, həmçinin porno aktrisa Stormi Daniels və jurnalist Elizabet Cin Kerrollla əlaqələri ilə bağlı təhqiqat aparır.

Fevralın 21-də Nyu-York prokurorları Trampı Uoll-stritdəki göydələninin də daxil ola biləcəyi əmlakını müsadirə etməklə hədələyiblər.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki