image-ads_n1karobka_mobile
image-photo_2023-02-05-18-35-pic_32ratio_1200x800-1200x800-9864backend

Kadırov gözəl qadınlara olan sevgisindən danışıb

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında canlı yayım zamanı deyib ki, o, həyatı, gözəl qadınları sevir və gözəl geyinməyə çalışır.

“Mən həssasam, dərin dinliyəm. Mən bu həyatı sevirəm, gözəl qadınları sevirəm. Qəşəng geyinməyə çalışıram. Bu həyatı bir çox insanlar kimi mənim də xoşuma gəlir”, – deyən Ramzan Kadırov pis heç nə etməməyə çalışdığını, lakin onun müqəddəs və mənəvi tərbiyəçi olmadığını qeyd edib.

Canlı yayım zamanı Ramzan Kadırov 2024-cü ilin sonunda məzuniyyətə çıxmağı planlaşdırdığını da açıqlayıb.

Mənbə: Gazeta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki