image-n1karobka_ads
image-123
image-rian_8140436-hr-pic_32ratio_1200x800-1200x800-68662backend

Karpin: Almaniya, Fransa və ya İspaniya ilə oynamaq istərdim

image-ad_qayo_720x110px

Rusiya millisinin baş məşqçisi Valeri Karpin Kuba ilə qarşıdakı oyundan danışaraq, yüksək səviyyəli milli komandalarla oynamaq istədiyini bildirib.

Karpinin sözlərini RFU-nun mətbuat xidməti bildirir.

“Qarşıdan gələn rəqib haqqında nə deyə bilərəm? Demək olar ki, bu, top-5 komandadır? Yox. Aydındır ki, Keniya timsalında gördüyümüz kimi hamı necə oynamağı bilir. Hər kəs fiziki cəhətdən hazırdır və necə müdafiə olunacağını bilir. Ekzotik komandalara qarşı oynamaq nə dərəcədə maraqlıdır? Almaniya, Fransa və ya İspaniya millisi ilə oynamaq daha maraqlı olardı”, – Karpin bildirib.

Noyabrın 20-də Volqoqradda Rusiya və Kuba yığmaları üz-üzə gələcək. Görüş Moskva vaxtı ilə saat 19:30-da başlayacaq.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki