image-n1karobka_ads
image-123
image-rtx6jfag-pic905-895x505-22470backend

Kataloniya sakinlərinin yarıdan çoxu İspaniyadan ayrılmaq istəmir

Kataloniya sakinlərinin yarıdan çoxu bölgənin İspaniyadan ayrılmasına qarşıdır.

Bu barədə yerli Siyasi və Sosial Elmlər İnstitutunun keçirdiyi sosioloji sorğunun nəticələri xəbər verir.

Agentliyin məlumatına görə, araşdırma 2023-cü il oktyabrın 31-dən noyabrın 20-dək aparılıb. Ümumilikdə 1,2 minə yaxın insan müvafiq suallara cavab verməyə razılaşıb.

Nəticədə analitiklər müəyyən ediblər ki, Kataloniya sakinlərinin 39,5%-i İspaniya ilə münasibətləri kəsmək istəyir. Bununla belə, respondentlərin əksəriyyəti – 52,5%-i muxtar icmanın krallıqdan ayrılmasını dəstəkləmir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki