image-2000x150px
image-123
image-ads_atlas
image-qmdqfg3lg2dxfyvpuokr8aeg7s28portfcpf48zlbackend

Kənd təsərrüfatı nazirinin müavini Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib – FOTO

image-728x90px

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov martın 12-də Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin əldə olunması, dövlət qulluğuna qəbul qaydaları və digər məsələlərlə bağlı olub.

Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sarvan Cəfərov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Sarvan Cəfərov Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyanı və sığortalanması prosesi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Sarvan Cəfərov Qubanın Zərrabi qəsəbəsində fermer Elşən Həsənova məxsus 15 hektar intensiv bağa baş çəkib, bağda aparılan budama, yaz təsərrüfat hazırlıq işləri ilə tanış olub.

Nazir müavini Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüşüb, biotexnologiya laboratoriyasının fəaliyyəti ilə tanış olub, istixana şəraitində calaqaltı və ting yetişdiriciliyi ilə maraqlanıb.

DOĞRU.AZ

image-2jlsms9tz289anvg9tqlesuomcgjrrbijx8ekvvmimage-rrexkldv1rer3ahqvu3vjs6wxvxzq7egedzwzv7g image-pnfbthwrurjsxsjsdjr8zuiknnsckfwktb5aocan image-3cft3mn8iy3llhbe0ipt32cjdhl0hmiebn0p6r5f image-xlnseb9zyroh40dtqlxsi9i1etktisuwcwwq1dx7 image-6exnubf8vjw0tnr6zfsf3jyjgtmljo0gbozpf8v6 image-5d0z6dblqbxbii1ux5zo6zrppvzvjrguqv1hdeir image-t1u3ujh1nxzbfjwadshdeuwcxkzbw8mukdj80qnw image-xrhksnvt6pvnqmw4rblqrgkkse0rqcmvspifvnzq image-xnxt6nujsepvdk5cgbjcio3lgaipmv2dlpgvohc7 image-frlqpmtnhlam8uy4dvhl3oli8i8jyqv3sjj06uau

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki