image-2000x150px
image-123
image-ads_atlas
image-24-pic_32ratio_900x600-900x600-98575backend

Kim Çen In Cənubi Koreyanı işğal etməyə hazır olduğunu açıqlayıb

image-728x90px

KXDR Koreya Respublikasını özünün daimi əsas düşməni hesab edib və öz təhlükəsizliyi üçün onu işğal etməyə hazır olduğunu bildirib.

Koreya Mərkəzi Xəbər Agentliyi xəbər verir ki, bu bəyanatla Şimali Koreya lideri Kim Çen In çıxış edib.

“Bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanmasının və qarşıdurmasının tarixini yekunlaşdırdı” dedi Kim Çen In.

O, “Cənubi Koreyalı kuklaları” ölkənin daimi əsas düşməni adlandırıb. Şimali Koreya liderinin sözlərinə görə, onların ərazilərinin işğalı ilə bağlı qərar fövqəladə vəziyyət yarandıqda veriləcək.

Fevralın əvvəlində Kim Çen In KXDR donanmasını müharibəyə hazırlaşmağa və ölkənin dəniz suverenliyini müdafiə etməyə çağırıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki