image-n1karobka_ads
image-123
image-photo_187427backend

Kirayəçilər və kirayə verənlər üçün ciddi XƏBƏRDARLIQ 

image-ad_qayo_720x110px

Bəzi ərazilərdə müqaviləsiz evini kirayə verən və kirayədə qalan şəxslərlə bağlı monitorinqlər başlanıb.

Məsələ ilə bağlı Milli.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, icarə müqaviləsi icarəyə verənə kirayəçidən icarə haqqı almaq, kirayəçiyə isə obyektdən istifadə və gəlir götürmək hüququ verir.

R.Əliyev əlavə edib ki, Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərdən 10 faiz dərəcə ilə vergi tutulur. Vergi ödənilmədikdə isə maliyyə sanksiyası tətbiq olunur.

Eyni zamanda, kirayədə qalan şəxslərin cərimələnməsi onların vergi öhdəliyi ilə deyil, olduğu yer üzrə qeydiyyata alınmaması ilə bağlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna görə, vətəndaşlar 60 gündən artıq müvəqqəti yaşadıqları yerdə 7 gün ərzində ərizə-anket təqdim etməli, qeydiyyata alınmalıdırlar.

R.Əliyev vurğulayıb ki, qeydiyyat qaydasını pozmaq İnzibati Xətalar Məcəlləsinə əsasən xəbərdarlıq və ya 30 manat məbləğində cərimə ilə nəticələnir.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki