image-n1karobka_ads
image-123
image-high-angle-shot-gavel-scale-wooden-surface_181624-33848-pic_32ratio_900x600-900x600-86131backend

Kişi toydan 2 ay sonra keçmiş həyat yoldaşından 26 min dollar tələb edir

Çində kişi ondan boşanan və abort etdirən keçmiş həyat yoldaşını məhkəməyə verib.

O, əmindir ki, qadın pul qazanmaq üçün evlilikdən istifadə edib.

Həmin şəxs iddia ərizəsində “gəlin qiyməti”nə görə 26 min dollar təzminat tələb etdiyini bildirib. Çinlilər əlavə ediblər ki, keçmiş arvad toydan iki ay sonra boşanmaq üçün məhkəməyə müraciət edib və həm də abort etdirib. Keçmiş ər də iddia edir ki, müttəhim ondan əvvəl altı kişi ilə planını təkrarlayıb.

İddiaçı əlavə edib ki, qadının hamilə olmadığından şübhələnir və onu bilərəkdən çaşdırır. Kişi bunu onunla izah edib ki, ondan sözlərini təsdiq edən hər hansı tibbi arayış görməyib.

Aşağı məhkəmələr iki dəfə qadının tərəfini tutduqdan sonra çinli kişi apelyasiya şikayəti verib. Nəticədə məhkəmə çinli qadına vəsaitin yalnız bir hissəsini keçmiş ərinə – 14 min dolları qaytarmağı tapşırıb.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki