image-2000x150px
image-123
image-ads_atlas
image-2023-05-23t191947z_1202877397_mt1sipa000zwfyvl_rtrmadp_3_sipa-usa-pic_32ratio_900x600-900x600-70488backend

Koreyalı idol Hyunjin Versace səfiri seçildi

image-728x90px

Koreyalı oğlan qrupunun üzvü Stray Kids Hyunjin İtaliyanın Versace moda evinin səfiri olub. 

“Versace ilə əməkdaşlığa başlamaq üçün səbirsizlənirəm. Brendin mirasını dünyaya daşımaq icazəsi aldığım üçün inanılmaz dərəcədə ilhamlanıram və qürur duyuram. Bundan əlavə, Donatella Versacenin səfir kimi potensialımı gördüyünə görə çox şadam”, – Hyunjin bildirib.

Eyni zamanda, italyan brendinin rəhbəri Koreya pop ulduzu ilə əməkdaşlığa başlamaqdan hədsiz dərəcədə şad olduğunu qeyd edib. Versace görə, Hyunjin inam və xarizmanı təcəssüm etdirir. 72,3 milyon sosial media pərəstişkarı olan Hyunjin-in ilk vəzifələri arasında noyabr ayında başlayacaq Versace Holiday 2023 kampaniyasında iştirak etməkdir.

“Mən daim bütün dünyada mədəniyyəti müəyyən edən yeni səslərdən ilham alıram və mənim üçün Hyunjin yeni enerji və yaradıcılığa malikdir. Mən onun özünə inamını və ifadə azadlığını bəyənirəm. O, əsl Versace adamıdır”, – moda evinin rəhbəri bildirib.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki