image-n1karobka_ads
image-123
image-5490955_shutterstock-593137250_sharebackend

Kreml Serbiyada keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirib

Rusiya Serbiya prezidenti Vuçiçin koalisiyasının ölkədə keçirilən parlament seçkilərində uğur qazanmasını alqışlayır.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib.

Moskva Serbiyadakı seçkilərin nəticələrini diqqətlə izləyib.

“Biz Vuçiçin bu uğurunu alqışlayırıq. Ümid edirik ki, bu, respublikanın inkişafına töhfə verəcək”.

Peskov qeyd edib ki, Rusiya tərəfi Rusiya ilə Serbiya arasında dostluq və qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsi trayektoriyasının artmaqda davam edəcəyini gözləyir.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki