Yonhap xəbər agentliyinin Cənubi Koreyanın hərbi rəsmilərinə istinadən verdiyi məlumata görə, Şimali Koreya tərəfindən növbəti raket buraxılışı qeydə alınıb. Hadisə, Heqsetin hərbisizləşdirilmiş zonada yerləşən Birgə Təhlükəsizlik Bölgəsinin (JSA) cənubundakı Kamp Bonifasa gəlişindən bir saatdan az əvvəl baş verib.
Doğru.az xəbər verir ki, Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri bu barədə açıqlama yayıb: “Hərbçilərimiz KXDR-in müxtəlif hərəkətlərini diqqətlə izləyir və əlavə təxribatlara qarşı lazımi hazırlıq vəziyyətini qoruyur”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə daha əvvəl bəyan edib ki, Moskva Koreya yarımadasında münasibətlərin nizamlanması istiqamətində atılan addımları alqışlayır.
DOĞRU.AZ




























