Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kuba və Venesuelaya səfərindən sonra G20 ölkələrinin xarici işlər nazirlərinin ikigünlük görüşünün keçiriləcəyi Braziliyaya gəlib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, G20 nazirlərinin görüşü çərçivəsində Lavrov bir sıra ikitərəfli görüşlər keçirəcək. Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyasının Xarici İşlər Naziri çıxışında qlobal çağırışlar, onların daxili səbəbləri və dinamikası ilə bağlı Rusiya qiymətləndirmələrini ətraflı təqdim edəcək, həmçinin dünya problemlərinin effektiv aradan qaldırılması üçün lazımi addımlar barədə danışacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Lavrov beynəlxalq iqtisadi münasibətlərin hərbiləşdirilməsinə, dövlətlərin suverenliyinə xələl gətirməyə, daxili işlərə qarışmağa qarşı çıxacaq. Onun sözlərinə görə, Moskva beynəlxalq hüququn üstünlüyünə, onun əsas prinsiplərinə hörmət etməkdə və bütün maraqlı dövlətlərin iştirakı ilə kollektiv qərarlar qəbul etmək praktikasına qayıtmaqda israr edəcək.
Mənbə: TASS