image-2000x150px
image-123
image-ads_atlas
image-maxresdefault-1backend

Lerikdə yeni tədris ilinə hazırlıq məsələləri müzakirə olunub

image-728x90px

Lerik Rayon Təhsil Şöbəsinin yeni tədris ilinin ilk videokonfransı keçirilib.
Onlayn tədbirdə Lerik Rayon Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edən Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev yeni tədris ilinə hazırlıq məqsədilə rayonun ümumtəhsil müəssisələrinin dezinfeksiya edilməsi vəziyyəti, məktəblərdə dərs bölgüsünün aparılması, cari tədris ili üçün məktəblərə müvafiq dərsliklərin təhvil verilməsi, təhsil işçilərinin vaksinasiyası və digər vacib məsəllər barədə danışıb.

Şöbənin aparıcı məsləhətçisi Hüseynbala Əliyev məktəblərdə vakant yerlərin Təhsil Nazirliyinin sistemində müsabiqəyə çıxarılması, həmçinin cari tədris ili üçün rayon məktəblərinə təyinat almış müəllimlərin rayon Təhsil Şöbəsində qeydiyyatdan keçərək aidiyyəti üzrə məktəblərə göndərilməsi və bu digər məsələlər barədə məlumat verib.

Videokonfransda çıxış edən Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva liseydə “İKT” və “Dərzi” ixtisasları üzrə X-XI sinif şagirdləri üçün peşə təmayüllü siniflərə aparılacaq qəbul prosesi və bu siniflərin yaradılmasının məqsədi, həmçinin təhsilalanların adıçəkilən peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə danışıb.

Onlayn tədbirin sonunda yeni tədris ilinin başlanması ilə əlaqədar məktəb direktorlarına müvafiq tapşırıqlar və tövsiyələr verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki