image-2000x150px
image-123
image-ads_atlas
image-media-16199626774563224261_1000x669jpg-1619983687-w2njhcqy6roxu1zbtg85-620x460backend

Leyla xanım Əliyevanın əsas amalı xalqına və dövlətinə o cümlədən bəşəriyyətə sülhə xidmət etməkdir

image-728x90px

Leyla Əliyeva özündə Azərbaycan gənclərinin ən yaxşı keyfiyyətlərini birləşdirir. Bu o insanlardandır ki, ölkəmizin gələcəyi üçün narahatdırlar və onun çiçəklənməsi naminə çalışmağa hazırdırlar.

Leyla xanımın fəaliyyəti müxtəlif sahələri əhatə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri, eləcə də “Bakı” jurnalının təsisçisi və baş redaktorudur.

Leyla Əliyevanın gördüyü bütün işlər keyfiyyət və uğur nümunəsinə çevrilir. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı və mühüm layihələrdən biri “Xocalıya ədalət” kampaniyası olub. Artıq doqquz ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Leyla Əliyeva öz müraciətində demişdi: “Bu cinayətlər xüsusi amansızlıqla törədildiyindən və insan ləyaqətinə ciddi zərbə vurduğundan, bəşəriyyət həmin gecənin xatirələrini yaddaşlarda saxlamaq, soyqırımı unutmamaq, qurbanların və sağ qalanların xatirəsini əziz tutmaq üçün mənəvi məsuliyyət daşıyır.

Lakin yaddaşlarda saxlama və xatırlama kifayət deyil. Biz bu yaddaşlardan dərs çıxararaq cinayətkarları məsuliyyətə cəlb etməklə ədaləti bərpa etməli və bir daha kütləvi şəkildə bu amansız cinayətlərin törədilməməsi üçün zəruri tədbirlərin görülməsinə nail olmalıyıq”. Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir. Leyla xanım öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan köməklik göstərdiyi uşaqların yanında keçirir. Leyla Əliyevanın geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir. Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Leyla Əliyevanın və onun ideyaları ətrafında birləşdirir. Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib.Təşkilatın çoğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənə sıx bağlılığı hiss edirlər. Leyla Əliyevanın Rusiyanın Azərbaycan Gənclər Birliyinin VII illik Forumunda qeyd etdiyi kimi, 8 il ərzində kifayət qədər böyük işlər görülüb.

Leyla Əliyeva vurğulayıb: “Bizim başlıca məqsədimiz Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün xalqlara və dinlərə hörmət bəsləmək, qarşılıqlı yardım və qarşılıqlı dəstək, Rusiya cəmiyyətinə inteqrasiya və Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir”.

Leyla Əliyevanın fəaliyyətinin daha bir uğurlu istiqaməti ekologiya və heyvanların müdafiəsi sahəsində işdir. Onun təşəbbüsü ilə yaradılmış IDEA İctimai Birliyi Azərbaycanın unikal təbiətinin mühafizəsinə, ümumilikdə ölkənin ekoloji vəziyyətinin yaxşılaşmasına mühüm töhfə verib. Ötən ilin noyabrında isə Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzinin açılış mərasimində iştirak edib. Əsası 2014-cü ildə qoyulmuş Mərkəz Bakı və ətraf ərazilərdə heyvanların müayinəsi və müalicəsi, eləcə də onların müvəqqəti saxlanması üçün nəzərdə tutulub. Bundan başqa, kompleks ərazisində pişik və itlər üçün yemlərin istehsalı üzrə fabrik tikilib.

IDEA Azərbaycanın yaşıllaşdırılması üzrə də aktiv fəaliyyət göstərir. Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə 5 milyondan çox ağac əkilib. Leyla Əliyeva, həmçinin sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.

IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz və Zaqatala rayonlarında, eləcə də Bakının Xəzər rayonunda orta məktəblərin həyətlərində meyvə ağaclarının salınması nəzərdə tutulur.

IDEA və Leyla Əliyeva sayəsində ölkəmizin ekologiyası etibarlı müdafiə olunur. Belə bir deyim var ki, istedadlı insan hər sahədə istedadlıdır. Bu mənada, Leyla Əliyevanın rəhbərlik etdiyi bütün layihələr onun fərdi liderlik keyfiyyətləri, məqsədyönlülüyü, iradəsi və zəhmətsevərliyi sayəsində uğur qazanır.

Göründüyü kimi, Heydər Əliyev Fondunun humanitar sahədə son dövrlərdə həyata keçirdiyi işlərin və əldə olunan uğurların, müsbət nəticələrin həcmi yüksək fəallıqdan xəbər verir. Fondun vitse-prezidenti Leyla Əliyevanın ölkədə və respublikadan kənarda gördüyü işlər, eləcə də, onun şəxsi nüfuzu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına da böyük töhfədir.

Əldə olunan bu uğurlar isə gələcəkdə daha böyük işlərin görüləcəyinə təminat verir. Çünki Leyla xanım Əliyevanın əsas amalı xalqına və dövlətinə, o cümlədən, bəşəriyyətə, sülhə xidmət etməkdir.

Hörmətlə: Qeyd İctimai Birliyin Üzvü, İrəli İctimai Birliyin Üzvü, İDEA İctimai Birliyin Könüllüsü, Davam Gənclər Hərəkatının Diplomatiya Klubunun Üzvü, Xətai Rayon İcra Hakimiyyətin Könüllüsü və YAP-ın Üzvü Fərid Şərifov

DOĞRU.AZ

image-img_20211111_195851_158

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki