Britaniya hökuməti özəl şirkətlərin Rusiyaya qarşı sanksiyalar rejiminə əməl etməsinə nəzarət etmək üçün yeni struktur yaradacaq.
TASS bu barədə Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Sənəddə deyilir ki, Ticarət Sanksiyalarının İcrası Xidmətinə qanunu pozan özəl firmalara cərimələr vermək və cinayət işlərini milli vergi və gömrük departamentinə göndərmək səlahiyyəti veriləcək. Şöbə gələn ilin əvvəlindən işə başlayacaq. O, öz məhsullarını üçüncü ölkələr vasitəsilə Rusiyaya ixrac etməklə Moskvaya qarşı tətbiq edilən sanksiyaları poza biləcək şirkətlərin fəaliyyətinə nəzarət edəcək.
Bundan əvvəl Böyük Britaniyanın Belarus, Suriya və İrana qarşı sanksiyalar siyahısını genişləndirdiyi bildirilirdi.
Mənbə: TASS