Belarus prezidenti Aleksandr Lukaşenko qlobal münaqişəyə diplomatik yolla son qoyulması ehtimalı ilə bağlı illüziyaları aradan qaldırmağın vacibliyini bəyan edib və beynəlxalq platformaların özlərini nüfuzdan saldığını qeyd edib.
BELTA-ya istinadən xəbər verir ki, siyasətçi bunu milli təhlükəsizlik sisteminin dövlət orqanlarının rəhbərliyi ilə görüşdə deyib.
Lukaşenkonun sözlərinə görə, təkcə diplomatlar deyil, beynəlxalq hüquqa müraciətlər də dünyada gərginliyi aradan qaldıra bilmir, çünki kollektiv Qərb onunla razılaşmayanlara qarşı güc tətbiq etməyə vərdiş edib.
“Beynəlxalq təşkilatların nüfuzu tamamilə gözdən salınıb. Onların bəzilərinin saytları açıq şəkildə konkret ölkələrin maraqlarına xidmət etmək üçün istifadə olunur. Belarus isə onlardan biri deyil”, – Belarus prezidenti qeyd edib.
Mənbə: Sputnik