Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, kəşfiyyatçılar terrorçu qruplara soxulur, respublikaya silah və sursat göndərən kanalları kəsirlər.
Onun sözlərini BELTA agentliyi sitat gətirir.
“Bizdə sülh və əmin-amanlıq hökm sürür, çünki bizim uşaqlar öz həyatlarını riskə ataraq terror qruplarına sızırlar, silah və sursatların tədarükünə mane olurlar və xarici kəşfiyyat xidmətlərinin casusluq fəaliyyətini dayandırırlar”.
Belarus lideri bu ölkənin hərbçilərinə xidmətlərinə görə təşəkkür edib.
“Sizin yanında çiyin-çiyinə dayanaraq, öz doğma torpaqlarında sülh və əmin-amanlığı qoruyan hər kəsə təşəkkür edirəm”, – Lukaşenko vurğulayıb.
Mənbə: Sputnik